"Liverpul" "Bormunt"a qarşı

Bu gün İngiltərə Premyer Liqasında 24-cü tura start veriləcək.

Sportline.az xəbər verir ki, günün mərkəzi matçında lider "Liverpul" səfərdə "Bormunt"la qarşılaşacaq.

Mersisayd klubunda əsas itki Körtis Cons, Darvin Nunyes, Dioqo Jota və Co Qomezin adı ilə bağlıdır.

"Bormunt"da isə itkilərin sayı kifayət qədərdir. Luis Sinisterra, Adam Simit, Ceyms Hill, Xuliyan Arauxo, Markos Senesi, Aleks Skatt, Enes Ünal və Evanilson zədə səbəbindən oyunu buraxmalı olacaq.

Qeyd edək ki, start fiti 19:00-da səslənəcək "Bormunt" - "Liverpul" matçını Darren Enqlad idarə edəcək.