"Liverpul" futbolçusuna yeni müqavilə təklif edib
"Liverpul" klubu futbolçusu İbrahima Konateyə yeni müqavilə təklif edib.
Sportline.az "Footmercato"ya istinadən xəbər verir ki, fransalı stoperin hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Lakin futbolçu klubdan ayrılmaq fikrində qətidir.
Qeyd edək ki, "Real Madrid" Konateni transfer etmək istəyir.