"Liverpul" Gehini transfer etməkdə israrlıdır

"Liverpul" klubu yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.

Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas"ın futbolçusu Mark Gehi "Liverpul" əsas transfer hədəflərindən biridir.

London klubu bu keçid üçün 40 milyon avro tələb edir. Lakin qarşı tərəfə bu təkliflə razı deyil.

Qeyd edək ki, Gehinin "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.