"Liverpul" heyətinə yeni stoper almağı planlaşdırır

"Liverpul" "Kristal Pelas"ın ingiltərəli stoperi Mark Gehini transfer etmək üçün hərəkətə keçib.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu Gehi üçün 45-50 milyon avro ödəməyə hazırdır.

24 yaşlı futbolçunun "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gehi bu mövsüm çıxış etdiyi 44 matçda 3 qol 2 asistlə yadda qalıb.