"Liverpul" mövsümdə ilk məğlubiyyətə uğradı

İngiltərə Premyer Liqasının 4-cü turunda "Liverpul" "Nottinqem Forrest"lə qarşılaşıb.

Sportline.az xəbər verir ki, "Enfild Road"da keçirilən görəş qonaqların 1-0 hesablı qələbəsi ilə nəticələnib.

Oyundakı yeganə qolun müəllifi 72-ci dəqiqədə Kolum Hodson Odoi olub.

Mövsümdəki ilk məğlubiyyətini yaşayan Mersisayd klubu 9 xalla ikinci pillədə qərarlaşıb. "Nottinqem Forest" 9 xalla dördüncü pilləyə yüksəlib.

Qeyd edək ki, Arne Slotun rəhbərlik etdiyi komanda növbəti oyununu sentyabrın 17-də Çempionlar Liqasında "Milan"a qarşı keçirəcək.