"Liverpul" qalib gəldi, Muhammed Salah tarixə düşdü
İngiltərə Premyer Liqasının ilk həftəsində "Liverpul" səfərdə "İpsviç Taun"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş Mersisayd təmsilçisinin 2-0 hesablı qələbəsi ilə nəticələnib.
Qələbə qollarının müəllifi Dieqo Jota və Mohammed Salah olub.
Misirli futbolçu Mohammed Salah bu görüşdə fərqlənərək Liqa tarixinin ilk həftəsində ən çox qol vuran oyunçu olub.O, "Liverpul"da çıxış etdiyi dövr ərzində açılış oyunlarında 9 qol və 5 asistlə yadda qalıb.
Qeyd edək ki, "Liverpul" növbəti həftə "Brendford"u qəbul edəcək. "İpsviç Taun" isə "Mançester Siti" səfərinə yollanacaq.