“Liverpul” – “Real Madrid”: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turuna bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Liverpul” “Enfild Roud” stadionunda “Real Madrid”lə üz-üzə gələcək.

Mersisayd təmsilçisində qapıçı Alisson Beker, Ciovanni Leoni, Körtis Cons, Jeremi Frimponq, Stefan Bayçetiç və Aleksander İsak zədədən əziyyət çəkir.

“Real Madrid”də isə Antonio Rudiger, Dani Karvaxal və David Alaba görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, “Liverpul” – “Real Madrid matçı bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq. .

Oyunun ədalət təmsilçisi ruminiyalı hakim İstvan Kovaç olacaq.