"Liverpul" "Sevilya"nın futbolçusuna elçi düşüb
"Liverpul"un yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Sevilya"nın fransalı futbolçusu Loiç Bade "Liverpul"un transfer hədəfinə çevrilib.
Mersisayd klubu L.Bade üçün "Sevilya" klubuna 30 milyon avro təklif edib.
Qeyd edək ki, "Nyukasl"da 24 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Loiç Badenin "Sevilya" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.