"Liverpul" 2024-cü ildə top 7 liqada transfer etməyən yeganə komandadır
Hazırda “Liverpul” 2024-cü ildə top 7 liqadakı komandalar arasında bir dənə də olsun oyunçu transfer etməyən yeganə klubdur.
Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi son olaraq 2023-cü ilin yayında Dominik Soboslai, Mak Allister, Rayan Qravenberx və Vataru Endonu heyətinə cəlb edib.
İngiltərə Premyer Liqasının son mövsümünün yekununda "Liverpul" 82 xal toplayaraq üçüncü yeri tutub.
Qeyd edək ki, "Liverpul" üçün Premyer Liqada yeni mövsüm bu gün start götürür. "Qırmızılar" 1-ci tur çərçivəsində səfərdə "İpsviç Taun"la qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə 15:30-da başlayacaq.