"Liverpul" və "Tottenhem" transfer yarışına girib
"Parma"nın italiyalı stoperi Ciovanni Leoni İngiltərə klublarının maraq dairəsinə düşüb.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Liverpul" və "Tottenhem" 18 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Leoninin transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, gənc futbolçunun "Parma" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.