"Liverpul" klubu yeni formasını təqdim edib

"Liverpul"  növbəti mövsüm ev matçlarında geyinəcəyi formaları təqdim edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, mersisayd klubu 2024/2025 mövsümündə bu formalar ilə meydana çıxacaq.

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 35 həftənin ardından 75 xalla üçüncü pillədə qərarlaşır.