"Liverpul"da ayrılıq yaşana bilər

"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyeslə yollarını ayıracaq.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Merisayd klubu Darvini 60 milyon avro qarşılığında satmağa hazırdır.

25 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, D.Nunyez bu mövsüm çıxış etdiyi 40 matçda 7 qol və 7 asistlə yadda qalıb.