“Liverpul”da yeni müqavilə
"Liverpul" futbolçusu Stefan Bayçetiçlə müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək olan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Stefan 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib. O, əvvəlcə klubun aşağı yaş qruplarından ibarət komandasında oynayıb. Serbiyalı futbolçu ötən ildən "Liverpul"un əsas komandasında çıxış edir.