"Liverpul"dan 130 milyon avroluq transfer

"Liverpul" klubu tarixin ən bahalı transferinə hazırlaşır.

Sportline.az "Mail" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi "Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak üçün 130 milyon avroluq rəsmi təklif göndərməyi planlaşdırır.

25 yaşlı forvard klubdan ayrılmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, "Liverpul" tarixinin ən bahalı transferi 125 milyon avro ilə Florian Virtsdir.