"Liverpul"dan şok məğlubiyyət

"Liverpul" İngiltərə Premyer Liqasında 27-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Mersisayd təmsilçisi autsayder "Bornmut"un qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bornmut" - "Liverpul" - 1:0
Qol:
 Bilinq, 28

Bu nəticədən sonra "Liverpul" 42 xalla (26 oyun) 5-cidir. "Bornmut" 24 xalla (26 oyun) sonuncu-20-ci pillədən 16-cı pilləyə yüksəlib. Turnir cədvəlinə 63 xalla (26 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 58 xalla (26 oyun) 2-ci, "Mançester Yunayted" 49 xalla (25 oyun) 3-cüdür.