"Liverpul"u "Arsenal"a dəyişir
"Liverpul"un portuqaliyalı futbolçusu Dioqo Jota karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
London klubu Jota üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 28 yaşlı hücumçu "Arsenal"da çıxış etməyə müsbət yanaşır.
Dioqo Jota bu mövsüm çıxış etdiyi 29 matçda 8 qol və 3 məhsuldar ötürmə müəllifi olub.