"Liverpul"u "Napoli"yə dəyişə bilər

"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Napoli" Darvin üçün 50 milyon avro ödəməyə hazırdır.

Lakin Mersisayd klubu 26 yaşlı forvard üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, Nunyes bu mövsüm çıxış etdiyi 47 matçda 7 qol 7 məhsuldar ötürmə müəllifi olub.