"Liverpul"un futbolçusundan gözlənilməz addım

Son vaxtlar göstərdiyi performansla qınaq obyektinə çevrilən "Liverpul"un hücumçusu Darvin Nunyez maraqlı addım atıb.

Sportline.az xəbər verir ki, uruqvaylı futbolçu İnstaqram hesabında "Liverpul"a aid olan bütün paylaşımları silib.

Buna səbəb olaraq isə futbolçunun ünvanına gələn təhqir və tənqidlər olduğu bildirilir.

Qeyd edək ki, Darvin Nunyez bu mövsüm Mersisayd klubunda çıxdığı 52 oyunda 18 qol, 13 asistlik performans göstərib.