"Liverpul"un oyunçusu 2 ay yaşıl meydanlardan uzaq qalacaq
"Liverpul"un yarımmüdafəiçisi Harvi Eliyot uzun müddət komandasına kömək edə bilməyəcək.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 21 yaşlı futbolçu İngiltərə U-21 millisinin Avstriyaya qarşı keçirdiyi yoldaşlıq oyununda zədələnib.
Müayinə zamanı həkimlər Eliyotun ayaq sümüklərində sınıq aşkar ediblər.
Onun 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, gənc yarımmüdafiəçi bu mövsüm yalnız 1 oyunda iştirak edib.