"Liverpul"un qapıçısı komandanı tərk etmək istəyir

"Liverpul"un qapıçısı Kuivin Kelleher daha çox oynaya bilmək üçün klubdan getmək istədiyini bildirib.

Sportline.az xəbər verir ki, This İs Anfield nəşri irlandiyalı qapıçının sözlərinə bu cür yer verib.

"Son bir neçə il ərzində mən əsas qapıçı ola biləcəyim yerə getmək istədiyimi açıq şəkildə bildirdim. Klub qapıçı Mamardaşvilini almaq qərarına gəldi. Deyəsən, onlar başqa yolla getməyə qərar veriblər. "Liverpul" mənim üçün gələn bir neçə təklifi rədd edib. Bu yalnız məndən asılı olan bir şey deyil. Mənim ambisiyalarım aydındır. Mən müntəzəm oynamaq üçün kifayət qədər yaxşıyam" deyə Kelleher bildirib.

Qeyd edək ki, 25 yaşlı qapıçı "Liverpul"da çıxış etdiyi dövr ərzində 47 oyunda iştirak edib və 59 qol buraxıb.