"Liverpul"un sabiq oyunçusu vəfat edib

"Liverpul"un və Şotlandiya millisinin sabiq müdafiəçisi Ron Yeyts 86 yaşında dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Mersisayd klubunun rəsmi hesabı məlumat yayıb.

"Liverpul"un sabiq kapitanı həyatının son günlərində Alzheimer xəstəliyindən əziyyət çəkirdi.

Yeyts 1961-1971-ci illərdə "Liverpul"da çıxış edib. O, İngiltərə klubunun heyətində 2 dəfə Premyer Liqanın, 1 dəfə ölkə kubokunun və 3 dəfə İngiltərə Superkubokunun qalibi olub.

Qeyd edək ki, Yets "Liverpul"da ümumillikdə 454 oyuna çıxıb.