"Liverpul"un ulduzları ərəb klublarına keçə bilərlər
"Liverpul"un futbolçuları Səudiyyə Ərəbistanı klublarının hədəfindədirlər.
Sportline.az xəbər verir ki, söhbət Məhəmməd Salah, Vircil Van Deyk və Alison Beykerdən gedir.
Bu haqda "Caught Offside" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandanın liderləri mövsümün sonunda komandanı tərk edə bilərlər.
Qeyd edək ki, Salahla Van Deykin "Liverpul"la 2025-ci ilin yayınadək müqaviləsi var.
Beykerin isə klubla anlaşmasının müddəti 2027-ci ildə başa çatacaq.