"Lokomotiv" mübarizəni dayandırdı
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz "Lokomotiv" İsveçrədə "Valero"nun qonağı olub. İlk görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən "dəmiryolçular" cavab matçında uduzaraq mübarizəni dayandırıblar.
25 fevral 2016
Çempionlar Liqası, 1/6 final
“Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan) - 3:1 (21:25, 25:18, 25:14. 25:19)
Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Nurper Özbar (Türkiyə)
Sürix, “Saalsporthalle”
İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)