"Lokomotiv'in gənc futbolçusu Avropada hansı klubda oynamaq istədiyini bildirib
Bu mövsüm "Lokomotiv"dəki performansı ilə diqqət çəkən Aleksey Batrakov Avropanın hansı klubunda oynamaq arzusunda olduğunu deyib.
Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu Matç TV telekanalına verdiyi müsahibədə bu fikirləri səsləndirib.
Avropa futbolundan danışırıqsa əlbəttə ki, "Barselona"da oynamaq istərdim. Amma bunu yalnız "Lokomotiv"lə nəyəsə nail olduqdan sonra edə bilərəm" deyə rusiyalı yarımmüdafiəçi bildirib.
Batrakov bu mövsüm meydana çıxdığı 10 oyunda 5 qol vurub, 5 asist edib.
Qeyd edək ki, onun "dəmiryolçular"la hazırki müqaviləsi 2027-ci ilə qədərdir.