"Lokomotiv"in İsveçrə sınağı

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz "Lokomotiv" İsveçrədə "Valero"nun qonağı olacaq. 

İlk matçda 3:2 hesablı qələbə qazanan "dəmiryolçular" 1/3 final arzusundadırlar. Bunun üçün "Lokomotiv" səfərdə ən azı 2 set qazanmalıdır. "Valero" 3:0 və ya 3:1 hesablı qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksələcək.

25 fevral 2016
Çempionlar Liqası, 1/6 final

23:00. “Volero” (İsveçrə) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər:
 Sanya Mikloşiç (Sloveniya), Nurper Özbar (Türkiyə)
Sürix, “Saalsporthalle”

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) - 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)