London klubu Pikford üçün hərəkətə keçib
Bir çox klubun maraq dairəsində olan Jordan Pikford mövsümün sonu "Everton"u tərk edəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı qapıçı üçün "Çelsi" rəsmləri "Everton" ilə danışıqlara başlayıb.
Xəbərdə bildirilir ki, "zadəganlar" Pikford üçün "Evertona" 35 milyon ödəməyə hazırdır.
Mersisayd klubunun da maliyyə vəziyyətinə görə bu təklifi qəbul edəcəyi bildirilir.
Qeyd edək ki, bu mövsüm "Everton" ilə 39 oyuna çıxan qolkiper 51 qol buraxıb.13 oyunda isə qapısını toxunlulmaz saxlamağı bacarıb