London klubu Qarnaçonun meneceri ilə görüşüb

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço "Çelsi"nin transfer radarına düşüb.

Sportline.az xəbər verir ki, London klubu futbolçunun meneceri ilə görüşüb.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

"Çelsi" 21 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Qarnaço klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.