"Los Anceles"in Son həmləsi

"Tottenhem"in cənubi koreyalı futbolçusu Hın Mın-Son karyerasını MLS-də davam etdirməyə yaxındır.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, "Los Anceles" Son üçün "Tottenhem"ə 15 milyon avro təklif edib.

Təcrübəli futbolçu London klubundan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, 33 yaşlı futbolçunun "mahmızlar"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.