Luiz Diaz "Bavariya"da - Rəsmi
"Bavariya" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diazı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniya klubu bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək.
Qeyd edək ki, Luiz Diaz yeni klubunda 14 nömrəli formanı geyinəcək.
"Bavariya" 28 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb.