Luka Donçiçli "Dallas"ı NBA finalından 1 qələbə ayırır

NBA-da yarımfinal oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Dallas Mevriks" bu gün seriyanın 3-cü oyununda "Minesota Timbervulz"u qəbul edib.

Görüş ev sahiblərinin 116-107 hesablı qələbəsi ilə yekunlaşıb və seriyada ümumi hesab 3-0 olub.

Matçın ən məhsuldar oyunçusu 33 xal, 7 ribaund, 5 asistlə "Dallas"ın sloveniyalı super ulduzu Luka Donçiç olub.

Qeyd edək ki, tərəflər arasındakı 4 cü oyun mayın 29-da baş tutacaq.