Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər

“Milan”ın serbiyalı futbolçusu Luka Yoviçin yanvarda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Calcio Mercato” nəşrinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi L.Yoviç üçün “Milan”a 8 milyon avro ödəməyə hazırdır.

“Milan” klubunun rəhbərliyi 26 yaşlı futbolçu üçün 12 milyon avro tələb edir.

Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Luka Yoviç bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 4 matçda 1 qolla yadda qalıb.