Luka Yoviç Yunanıstan klubuna transfer olub

"Milan"la yollarını ayıran Luka Yoviçin yeni komandası bəlli olub.

Sportline.az xəbər verir ki, serbiyalı forvard karyerasını Yunanıstan çempionatında davam etdirəcək.

Bu barədə AEK Afina klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.

27 yaşlı hücumçu ilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.