Lukaku "Real"a keçə bilər

Romelu Lukaku "Real" üçün seçim ola bilər.

Sportline.az xəbər verir ki,"Sky Sport"un jurnalisti Florian Plettenberqin sözlərinə görə, yay transfer pəncərəsinin sonunda Madrid klubuna hücumçu icarəyə götürmək təklif oluna bilər. Belçikalı futbolçu Kərim Benzemanın əvəzedicisi ola bilər. 

Qeyd olunur ki, Maurisio Poçettino Lukaku ilə "Çelsi" də işləməyə hazırdır, lakin London klubu hücum üçün Harri Keyn və ya Viktor Osimhenlə müqavilə imzalamaq istəyir.