Lukaku "Roma"nın hədəfini açıqladı

İtaliyanın "Roma" klubunun hücumçusu Romelu Lukaku komandasının cari mövsüm üçün hədəfini açıqlayıb.

Sportline.az xəbər verir ki, belçikalı futbolçu ötən gecə "Napoli" üzərində 2-0 hesablı qələbədən sonra fikirlərini bölüşərkən bunları deyib: "Çətin oyun olsa da, biz qələbəyə layiq olduğumuzu isbatladıq. Xüsusilə ikinci hissədə oyunumuz yaxşı alındı. Qarşıya ən azı 4-cü yeri tutmaq hədəfi qoymuşuqsa, bu cür görüşlərdən qələbə ilə ayrılmalıyıq".

Qeyd edək ki, bu qələbədən sonra 28-ci xalını qazanan "Roma" 6-cı pilləyə yüksəlib.