Lukas Torreyra “Qalatasaray”ı “Boka Xuniors”a dəyişə bilər

“Qalatasaray”ın uruqvaylı futbolçusu Lukas Torreyra yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, “Boka Xuniors” klubunun rəhbərliyi Lukas Torreyra üçün “Qalatasaray”a 18 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam edir.

L.Torreyranın “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 4 asistlə yadda qalıb.