Lukman "Atalanta"dan ayrılmağa hazırlaşır
"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman bu yay klubdan ayrılacaq.
Sportline.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, Berqamo klubu Lukman üçün 50 milyon avro tələb edir.
27 yaşlı futbolçu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, Lukman ötən mövsümü 40 matçda 20 qol 6 asistlə tamamlayıb.