Lukman İtaliyanı Fransaya dəyişir

"Atalanta"nın hücumçusu Ademola Lukman İtaliyanı Fransaya dəyişir.

Sportline.az xəbər verir ki, o, PSJ-nin formasını geyinməyə yaxındır.

Bu haqda jurnalist Nikola Skira X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, nigeriyalı hücumçu artıq parislilərlə müqavilənin şərtlərini razılaşdırıb.

Anlaşmaya əsasən, Lukman ilinə 5 milyon avro qazanacaq.

Onun "Atalanta"dakı hazırkı məvacibi 1,8 milyon avrodur.