Lunyov "Qarabağ"a keçə bilər
Almaniyanın "Bayer" klubunun qapıçısı Andrey Lunyov bu mövsümün sonunda "Qarabağ"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçunun agenti Anton Smirnov "RB Sport"a açıqlama verib.
O bildirib ki, bütün variantlar cari mövsümün sonunda yenidən nəzərdən keçiriləcək: "BASE agentliyi ilə əməkdaşlıq müqaviləsi bağladıq. Böyük Britaniyadan təkliflər gözləyirik. Türkiyə variantı qalır. Eyni zamanda, "Qarabağ"ı da istisna etmirəm".
Qeyd edək ki, Andrey Lunyovun "Qarabağ"a keçidi zədə səbəbindən alınmayıb.