Luqano "Fənərbağça"nın "Sevilya" zəfərini xatırlatdı
Bu gün "Fənərbağça" Avropa Liqasının 1/8 finalının cavab oyununda "Sevilya"nı qəbul edəcək. İlk oyunda 2 cavabsız qolla uduzan İstanbul klubu bu dəfə qələbəyə ümidlidir.
Sportline.az xəbər verir ki, "Fənərbağça"nın əfsanəvi futbolçusu Dieqo Luqano 2008-ci ildə Çempionlar Liqasında "Sevilya" ilə oyunları xatırlayıb.
"Heç unutmaram. Həmin vaxt "Sevilya" ilə hər iki oyunun cəmində hesab 5:5 idi. Penaltilər seriyasında dəqiq olub mərhələ adladıq. Baş məşqçimiz Ziko bizə motivasiya verirdi. "İstanbulda hər kəsi məğlub edə bilərik" deyirdi. İndi də eyni vəziyyət yaranıb. Futbolçular əllərinə düşən fürsətləri qola çevirməlidirlər. Mən Jorji Jezuşa inanıram".