"Luton Taun" yeni stadion tikmək istəyir

"Luton Taun" klubu yeni stadiona keçmək niyətindədir.

Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, klub 2027-ci ilə qədər 25000 tamaşaçı tutumuna malik yeni stadiona keçməyi planlaşdırır. Hazırda komandanın ev oyunlarını keçirdiyi Kenilvort Roud arenası 12500 azarkeş tutur.

Xəbərdə bildirilir ki, yeni tikintinin ətrafında mehmanxana və konsert meydançası da yer alacaq.

Qeyd edək ki, Çempionşipdə mübarizə aparan "Luton Taun" 4 turdan sonra cəmi 1 xal toplayıb.