Macarıstan millisi AVRO 2024 üçün heyətini açıqlayıb
AVRO 2024 üçün heyətini təqdim edən ilk ölkə Macarıstan oldu.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Marıstan millisi AVRO 2024 üçün 26 nəfərlik heyətini UEFA-ya təqdim edib.
Qapıçılar: Deneş Dubis, Peter Qulaçi, Peter Şappanos.
Müdafiəçilər: Botond Baloq, Endre Botka, Marton Dardai, Atilla Fiola, Adam Lanq, Villi Orban, Atilla Salai
Yarımmüdafiəçilər: Bendequz Bolla, Milxayli Kata, Miloş Kerkez, Laslo Klayxasler, Adam Nad, Loik Neqo, Andraş Şefer, Kallum Staylz
Hücumçular: Martin Adam, Kevin Çobot, Daniel Qazdaq, Kristofer Xorvat, Roland Şalai, Dominik Soboslai, Barnabaş Varqa.
Baş Məşqçi: Marko Rossi.
Qeyd edək ki, Almaniyada keçiriləcək Avropa Çempionatı 2024 iyunun 14-də start götürəcək