Mahir Emrelinin "Konyaspor"da rəsmi debütü ləngiyəcək

Mahir Emrelinin “Konyaspor”da rəsmi debütü ləngiyəcək.

Sportline.az xəbər verir ki, millimizin üzvü Türkiyə Super Liqasının “Fənərbaxça” ilə 23-cü turdan təxirə salınmış görüşdə meydana çıxa bilməyəcək.

Transferləri fevralın 6-dan sonra reallaşan Mahir Emreli, Metehan Mert, Alexandro Pozuelo və Marlos Moreno da bu oyunda iştirak etməyəcək.

Emrelinin “Afyonspor”la sabah keçiriləcək xeyriyyə xarakterli yoxlama görüşündə yeni komandasının formasını geyinəcəyi bildirilir. 

Banner