Mahir Emrelinin yeni komanda yoldaşı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” Xorvatiyanın “Şibenik” klubundan yarımmüdafiəçi Niko Rakı transfer edib.

Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə müqavilə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək. Konyalılar bu transfer üçün “Şibenik”ə 200 min avro ödəyiblər.

“Şibenik”in yetirməsi Xorvatiyanın U-19 millisinin də üzvüdür.