Mahir Şükürov “Qəbələ”yə qarşı oynaya bilər
"Neftçi” klubu müdafiəçi Mahir Şükürovun adını Topaz Premyer Liqasının və Azərbaycan Kubokunun sifariş vərəqinə daxil edib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçunun “ağ-qaralar”ın formasında meydana çıxması üçün əngəl qalmayıb.
Bunun üçün lazımi sənədlər əldə edilərək, PFL-ə təqdim olunub.
Şükürovun adı "Qəbələ” ilə sabah keçiriləcək oyunun protokoluna da daxil edilə bilər.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı saat 15:00-da start götürəcək.