Mahirdən "Qarabağ" paylaşımı

Azərbaycan millisinin "Dinamo"da (Zaqreb, Xorvatiya) çıxış edən futbolçusu Mahir Emreli sabiq klubu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la Bakıda heç-heçə etməsinə (1:1) münasibət bildirib.

Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə öz sosial şəbəkə hesablarında paylaşıb. Mahir oyun nəticəsini "Story" bölməsinə yerləşdirərək yazıb: "Hər zaman qalibsiniz".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsini 3-cü pillədə tamamlayıb və yoluna Konfrans Liqasında davam edəcək.

Banner