Makqreqor Həbibə meydan oxudu

Qarışıq döyüş növləri üzrə məşhur idmançı Konor Makqreqor yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla növbəti görüşə hazırdır.

Sportline.az xəbər verir ki, bu barədə o, UFC 246 turniri ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

İdmançıya onun gələcəkdə Həbib Nurməhəmmədov və ya Toni Ferqüsonla görüşüb-görüşməyəcəyinə dair sual ünvanlayıblar.

“Nəticədən asılı olmayaraq, düşünürəm ki, mən bu insanlarla üz-üzə gəlməli olacağam”, - Makqreqor cavab verib.

O, həmçinin bildirib ki, Həbiblə revanş döyüşü keçirmək niyyətindədir və görüşün Rusiyada keçirilməsində israrlıdır: “Mən Moskva görüşünə israr edirəm”.