Maksim: "Hər kəs mənə yazır ki, biletləri hazırla, gələcəyik"
"Qarabağ" martın 26-da Türkiyənin "Qalatasaray" klubu ilə yoldaşlıq görüşü keçirəcək. Oyundan gələn gəlir fevralın 6-da Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım üçün xərclənəcək.
Sportline.az "CBC Sport"a istinadən xəbər verir ki, "atlılar"ın kapitanı Maksim Medvedev görüşlə bağlı fikirlərini bildirib. O, hamının bu görüşü səbirsizliklə gözlədiyini söyləyib:
"Maraqlı oyun olacaq. Hamı səbirsizliklə gğzləyir. Hər kəs mənə yazır ki, biletləri hazırla, gələcəyik.
Tam heyətlə ola bilməyəcəyik. Çünki milli üzvləri bizimlə olmayacaq. Əsas odur ki, "Qalatasaray" kimi komanda bizimlə yoldaşlıq oyunu keçirəcək".