“Mançester Siti” “Bayer”ə qarşı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilir.
Sportline.az xəbər verir ki, “Mançester Siti” “Etihad Stedyum”da “Bayer”lə qarşılaşacaq.
“Şəhərlilər”də Mateo Kovaçiç və Rodri zədəlidir.
Leverkuzen təmsilçisində isə itkilərin sayı kifayət qədərdir. Aksel Tep-Kobrissa, Lukas Vazkez, Equy Fernandez, Ezekiel Palasios zədəli, Robert Andrix isə cəzalıdır.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də başlanacaq “Mançester Siti” – “Bayer” görüşünü portuqaliyalı hakim Joao Pinhero idarə edəcək.