"Mançester Siti" futbolçusu ilə "nikah təzələdi"

"Mançester Siti" portuqaliyalı mərkəz müdafiəçisi Ruben Diaş yola davam etmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqaviləyə qol çəkib.

Bu haqda Mançester klubunun rəsmi saytı məlumat yayıb.

R.Diaşın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 65 milyon avrodur.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Mançester Siti"yə 2020-ci ilin sentyabr ayında "Benfika"dan 71.6 milyon avro qarşılığında transfer olunmuşdu.