"Mançester Siti" futbolçusunu "Qalatasaray"a satmayacaq

"Mançester Siti" "Qalatasaray"ın Ederson üçün göndərdiyi təklifi geri çevirib.

Sportline.az xəbər verir ki, bu haqda "İndependent" nəşri məlumat yayıb.

31 yaşlı qapıçı klubdan ayrılmaq istəsə də, rəhbərlik buna icazə verməyib.

Qeyd edək ki, Edersonun "Mançester Siti" ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.